С ПРАЗДНИКОМ ВАС, ДОРОГИЕ ПОДРУГИ!
HƏR SƏHƏR TƏZƏDƏN SEVİRƏM SƏNİ
ƏZİZ RƏGİQƏLƏRİM, BAYRAMINIZ MÜBARƏK!
Hər axşam, hər gecə, hər səhər, hər gün
Saçımda təzə dən... sevirəm səni.
Hər gecə oluram yuxuya sürgün,
Hər səhər təzədən sevirəm səni.
Mən bir eşq quluyam... qüdrətim çatmır
Sultanlıq taxtından devirəm səni.
Hər gecə yuxu da başımı qatmır,
Hər səhər təzədən sevirəm səni.
Yüz də dərd-qəminlə rəssamsayağı
Dərdimi bəzə sən... sevirəm səni.
Hər gecə əriyir ruhumun yağı,
Hər səhər təzədən sevirəm səni.
Sən mənim bütümsən...
az qala, gülüm,
Ehrama, məbədə çevirəm səni...
Hər gecə sükutdan lal olur dilim,
Hər səhər təzədən sevirəm səni...