Status
SÖYÜŞ SÖYMƏK İslam dininə əsasən söyüş söymək qəti surətdə qadağandır? Mömini söymək Allahın Peyğəmbəri(s):«Mömini söymək məhv olmağın kan¬da¬rında durmaq kimidir.» Allahın Peyğəmbəri (s):«Möminə təhqiramiz sözlər demək fasiqlik (fisqdir), onunla müharibə etmək küfr, onun ətini yemək (qeybətini etmək) Allaha itaətsizlikdir.» Söyüş söyməyin qadağan olması Quran: «Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.» Allahın Peyğəmbəri (s):«Küləkləri söyməyin. Onlar (Allah tərəfindən) məmurdurlar. Dağları, anları, günləri və gecələri söyməyin ki, günahkar olarsınız və özünüzə qayıdar.» Allahın Peyğəmbəri (s):«İnsanları söyməyin ki, bu işinizlə onların arasında özünüzə düşmən taparsınız.» İmam Əli (ə) (onu söymüş olan kişini söymək istəyən Qəmbərə xitabən): «Sakit ol, Qəmbər! Səni söyəni xar və rüsvay halda qoy ki, Rəhman Allahı razı və şeytanı narazı edərək düşməninə cəza vermiş olasan. Toxumu yaran və məxluqatı yaradan Allaha and olsun ki, mömin öz Rəbbini dözümlülük və güzəşt etmək kimi başqa bir şeylə razı etmədi. Sakitlik kimi bir silah qədər başqa bir şeylə şeytanı qəzəbləndirmədi və axmağa, onun müqabilində susmaq kimi digər bir şey ilə cəza vermədi.» İmam Kazim (ə) (iki nəfərin bir-birinə söyüş söydüyünü gördükdə): «Birinci başlayan daha çox zülmkardır və qarşı tərəfin günahı zülmə məruz qalan öz həddini aşmayanadək, onun boynundadır.» İmam Kazim (ə):«Heç vaxt bir-birini söyən iki nəfər olmayıb ki, onlardan daha çox söyüş söyən daha aşağı məqama çökməsin.» Peyğəmbərləri və vəsilərini söyən şəxsin cəzası. Allahın Peyğəmbəri (s):«Kim peyğəmbərlərdən birini söysə, onu öldürün. Kim onların vəsilərindən birini söysə, şəkksiz ki, peyğəmbəri söymüşdür.» İmam Sadiq (ə) (Allahın Rəsulunu söyən şəxsin hökmü barədə verilən sualın cavabında): «Ona daha yaxın olan kimsə, onu mühakimə etmək üçün imamın yanına aparmadan öldürsün.» İcazə verilən söyüş Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz (din) qardaşını söyən zaman onun elinə, obasına, atasına, anasına söyməsin. Əksinə, belə desin:«Sən simicsən, sən qorxaqsan, sən yalançısan» Bir şərtlə ki, onun həqiqətən belə olduğunu bilsin.» ------------------------------------------------------------------------- Sual: İslam dinində söyüş söyməyə münasibət necədir? Cavab: İslam dininə əsasən söyüş söymək qəti surətdə qadağandır. Bir insanın (kim olursa, olsun) namusuna, millətinə, şəxsiyyətinə və ailə üzvlərinə söymək olmaz. Ümumiyyətlə heç kəsə qarşı təhqirə yol vermək olmaz. Həzrəti Muhəmməd peyğəmbər (s. a. v.) bildirir ki, bir müsəlmana söymək ağır bir günah (füsuq), onunla döyüşməyə təşəbbüs etmək isə küfrdür.1 Onun hədislərində ata-anaya, əshabələrə, ölülərə, dünyaya, dağa-daşa, zəmanəyə, eləcə də, külək və heyvanlara söymək də qadağan olunub. Qeyd edək ki, bu məsələ ilə əlaqədar olaraq İslam əxlaq elmində işlədilən səbb və şətm kimi ifadələrə də toxunmaq lazımdır. Lüğəvi mənası söyüş söymək və bir nəfəri pis sözlərlə pisləmək olan bu ifadələr Allah, peyğəmbər və əshabələr haqqında inkar, lağ etmək, gözdən salmaq və xor baxmaq kimi arzuolunmaz əməlləri bildirir. Nəticə olaraq, müsəlman bir insan heç vaxt kimi isə təhqir etməməli, heç bir halda söyüş söyməməlidir. Quranda deyilir ki, Allahdan başqasına sitayiş edənlərə belə söyməyin: “(Müşriklərin) Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər.” (Ənam, 6/108) ----------------------------------------------------------------------- Mömini söymək Allahın Peyğəmbəri(s):«Mömini söymək məhv olmağın kan¬da¬rında durmaq kimidir.» Allahın Peyğəmbəri (s) :«Möminə təhqiramiz sözlər demək fasiqlik (fisqdir), onunla müharibə etmək küfr, onun ətini yemək (qeybətini etmək) Allaha itaətsizlikdir.» Söyüş söyməyin qadağan olması Quran: «Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.» Hədis: Allahın Peyğəmbəri (s):«Küləkləri söyməyin. Onlar (Allah tərəfindən) məmurdurlar. Dağları, anları, günləri və gecələri söyməyin ki, günahkar olarsınız və özünüzə qayıdar.» Allahın Peyğəmbəri (s):«İnsanları söyməyin ki, bu işinizlə onların arasında özünüzə düşmən taparsınız.» İmam Əli (ə) (onu söymüş olan kişini söymək istəyən Qəmbərə xitabən): «Sakit ol, Qəmbər! Səni söyəni xar və rüsvay halda qoy ki, Rəhman Allahı razı və şeytanı narazı edərək düşməninə cəza vermiş olasan. Toxumu yaran və məxluqatı yaradan Allaha and olsun ki, mömin öz Rəbbini dözümlülük və güzəşt etmək kimi başqa bir şeylə razı etmədi. Sakitlik kimi bir silah qədər başqa bir şeylə şeytanı qəzəbləndirmədi və axmağa, onun müqabilində susmaq kimi digər bir şey ilə cəza vermədi.» İmam Kazim (ə) (iki nəfərin bir-birinə söyüş söydüyünü gördükdə): «Birinci başlayan daha çox zülmkardır və qarşı tərəfin günahı zülmə məruz qalan öz həddini aşmayanadək, onun boynundadır.» İmam Kazim (ə):«Heç vaxt bir-birini söyən iki nəfər olmayıb ki, onlardan daha çox söyüş söyən daha aşağı məqama çökməsin.» Peyğəmbərləri və vəsilərini söyən şəxsin cəzası Allahın Peyğəmbəri (s):«Kim peyğəmbərlərdən birini söysə, onu öldürün. Kim onların vəsilərindən birini söysə, şəkksiz ki, peyğəmbəri söymüşdür.» İmam Sadiq (ə) (Allahın Rəsulunu söyən şəxsin hökmü barədə verilən sualın cavabında): «Ona daha yaxın olan kimsə, onu mühakimə etmək üçün imamın yanına aparmadan öldürsün.» İcazə verilən söyüş Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz (din) qardaşını söyən zaman onun elinə, obasına, atasına, anasına söyməsin. Əksinə, belə desin: «Sən simicsən, sən qorxaqsan, sən yalançısan» Bir şərtlə ki, onun həqiqətən belə olduğunu bilsin.» ------------------------------------------------------------------------------ İSLAM DİNİNDƏ ƏDƏB QAYDALARI 1. Səhər tezdən durmaq, əl-üzünü yumaq, dəstəmaz alıb namaz qılmaq, ata-ananın ruhuna salavat vermək lazımdır. 2. Alt paltarda ailə içərisində görünmək olmaz 3. Yeməyi «bismillah» ilə başlayıb «əlhəmdulillah» ilə bitirmək, süfrə duası vermək lazımdır 4. Evdən sol ayaqla «bismillah» deyərək çıxmalısan 5. Evə və məscidə sağ ayaqla girməlisən 6. Məsciddə, qəbristanda və yas məclisində dünya söhbəti etmə 7. Məclisdə az ye, az iç, zərurət olmasa heç da- nışma 8. Kişinin oğul, yeznə, kürəkən, bacı oğlu və qardaş oğlu ilə hamama getməsi ədəbdən kənardır 9. Övlad yanında söyüş söymək, qeybət etmək ol- maz 10. Evdə qonaq var ikən çığırmaq, arvad-uşağı döyüb-söymək qəbahətdir 11. Evə gələn adamın ayağına durmaq, gedəndə yola salmaq lazımdır 12. Yatmazdan əvvəl ata-ana, bacı-qardaş, övlad və qonşuların vəziyyətindən xəbərdar ol, dəstəmaz al, kəlmeyi-şəhadəti de. 13. Səbr gətirəndə əl ilə ağzı tutub, «əlhəmdulillah» demək.* ------------------------------------------------------------------- Söyüş söyməyi necə müalicə etmək olar? Çox təəssüf ki, cəmiyyətin düçar olduğu ən pis əxlaqi rəzil sifətlərdən biri də söyüş söymək və pis söz deməkdir. Bu, dilin bəlalarından biri hesab olunur. Bu rəzil sifət – möminə qətiyyən yaraşmayan sifətlərdəndir. Bəs söyüş söyməyə səbəb olan amillər hansılardır? 1. Qəzəb. O zaman ki, insan bir başqasına qəzəblənər, çalışar ki, ona əzab və əziyyət versin. Bu işi söyüş söyməklə yerinə yetirər. 2. Pis tərbiyə. İnsan əgər düzgün olmayan tərbiyə almışsa, ona yaxşısını-pisi düzgün başa salan olmamışsa, əlbəttə ki, onun dəyərlər sistemində xeyli problemlər olacaqdır. O cümlədən, insan pis söz deməyə sakit yanaşacaqdır. 3. Mühit. Mühitin insanın formalaşmasında böyük rolu vardır. Əgər insanın əhatəsində olanlar pis sözlərə loyal davranış sərgiləyirlərsə, həmin şəxs üçün bədağızlıq normal bir hal olacaqdır. 4. Vərdiş. O zaman ki, insan alçaq və rəzil insanlarla yoldaş olar, istər-istəməz onların pis sifətləri onun ruhuna da sirayət edər. Əvvəl onu dilinə gətirən zaman nə qədər çirkin olduğuna diqqət edər. Ancaq zaman keçdikcə ona adət edər və nə qədər alçaq söz olduğunu unudar. Bəs bu bəladan necə nicat tapmaq olar? 1. İnsan qəzəbini kontol etməyi öyrənməlidir ki, söyüş kimi pis sözlərin dilindən çıxmasını da kontrol edə bilsin. 2. Bu rəzil sifətin nə qədər çirkin bir əməl olduğunu anlamağa çalışmalıdır. Ondan əl çəkmək üçün səylər göstərməlidir. 3. Rəzil və alçaq insanlarla yoldaş olmaq yerinə, alimlər və elm əhli ilə oturub-durar ki, onların fəzilətli sifətlərinə özü də yiyələnə bilsin və bu pis adəti aradan apara bilsin. Bəs bu rəzil sifətin günahı nə dərəcədədir? 1. İmam Sadiq (ə) buyurur: “Söyüş söymək – zülmdür və zalım cəhənnəm atəşində qərar tutar”. 2. Həzrət Peyğəmbər (s) buyurur: “Allah behişti haram etmişdir o söyüş söyənə ki, abırsız və həyasız halda dediklərinə və ona deyilənlərə qarşı qorxusu olmaz, ondan təsirlənməz və narahat olmaz”. 3. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Nə zaman bir insanı görsəniz ki, dediklərindən və ya onun haqqında deyilənlərə qarşı laqeyddir, deməli, o, ya zinazadədir, ya da şeytan onun şəriki olmuşdur”. 4. Həzrət Peyğəmbər (s) buyurur: “Möminə söyüş söymək – ölümə yaxın olmaqdır”. 5. Həzrət (s) yenə buyurur: “Möminə söyüş söymək – fəsad, onunla vuruşmaq isə küfrdür”. --------------------------------------------------------------------------- Böyük insan heç vaxt söyüş söyməz Həzrət Məhəmməd (s) buyurub: "Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.”[1] "Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.”[2] "Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.”[3] İmam Əli (ə) buyurub: "Böyük insan heç vaxt söyüş söyməz.”[4] İmam Baqir (ə) buyurub: "Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.”[5] "Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.”[6] "Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.”[7] İmam Sadiq (ə) buyurub: "Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır.”[8] "Camaat kimin dilindən qorxarsa, o, alovda olar.”[9] [1] Biharul- Ənvar, c.79, səh.111, hədis 6 [2] əl-Kafi, c.2, səh.323, hədis 3 [3] əl-Kafi, c. 2, səh.325, hədis 8 [4] Ğurərul-Hikəm, hədis 9478 [5] əl-Kafi, c.2, səh.324, hədis 4 [6] Biharul- Ənvar, c.78, səh.181, hədis 67 [7] Biharul- Ənvar, c.78, səh. 185, hədis 14 [8] Biharul-Ənvar, c.79, səh.113 hədis 14. [9] əl-Kafi, c. 2, səh.327, hədis 3
Savabına Paylaşaq!
- Bismillah -
🌹🌹 Salam. Sabahınız xeyir. İmam Hadinin (ə) mövludu münasibətilə hər birinizi təbrik edirik!
İmam Əliyyən-Nəqi ələyhissəlamın mövludu münasibətilə Əhli-Beyt (ə) sevərləri səmimi qəlbdən təbrik edirik. _____________ 🌹❤🌹❤🌹❤
İmam Əliyyən-Nəqi ələyhissəlamın mövludu münasibətilə Əhli-Beyt (ə) sevərləri səmimi qəlbdən təbrik edirik. _____________ 🌹❤🌹❤🌹❤
🌺İmam Əliyyən Nəqi (ə)-ın movlud günü.🌺 🌷 Bu münasibətlə sizin hamınızı təbrik edirik. İmamın (ə) xas nəzəri sizin və əzizlərinizin üzərindən əskik olmasın... ☺️🤲 🌹Bayramımız mübarək olsun🌹
🌺İmam Əliyyən Nəqi (ə)-ın movlud günü.🌺 🌷 Bu münasibətlə sizin hamınızı təbrik edirik. İmamın (ə) xas nəzəri sizin və əzizlərinizin üzərindən əskik olmasın... ☺️🤲 🌹Bayramımız mübarək olsun🌹
Kumeyl Duası.....
🌺İmam Əliyyən Nəqi (ə)-ın movlud günü.🌺 🌷 Bu münasibətlə sizin hamınızı təbrik edirik. İmamın (ə) xas nəzəri sizin və əzizlərinizin üzərindən əskik olmasın... ☺️🤲 🌹Bayramımız mübarək olsun🌹
Show more
Face
Gyandzha (Kirovabad), Azerbaijan
🌹🌹🌹🌹🌹🌹 Bugün Zilqədə ayının 11-də (bu il üçün İyul ayının 14-ü) İmamətin 8-ci nuru İmam Rzanın (ə) mübarək mövludu günüdür. İmamın mübarək adı Əlidir. Rza - ən məşhur ləqəbidir. İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 148-ci ildə, zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. 55 il ömür sürən İmam (ə), bunun 21 ilini imamət nurunun daşıyıcısı olur. Müqəddəs ata-babasının mənəvi qayəsinin davamçısı olan İmam Rza (ə), öz mübarək imaməti dövründə vəziyyətə uyğun öz böyük missiyasını bəşəriyyətə çatdırmış, insanları Həzrət Peyğəmbərin (s) gətirdiyi İlahi təlimin həqiqətləri ilə tanış etmişdir. İmam Rzanın (ə) həyatına nəzər yetirsək, başdan-başa İlahi məqam və sonsuz hikmət görərik. Həyatının hər bir səhnəsində Allaha ixlaslı bəndəlik nümunəsi görərik. İmam Rzanın (ə) atası 7-ci imam Həzrət Museyi-Kazım (ə), anası həzrət Nəcmiyyədir (s.ə.). Azərbaycan insanına xüsusi lütf inayət onunla bağlı olunub ki, İmam Rzanın (ə) 2 bacısının - Həzrət Həkimənin (Bibi-Heybətdə) və Həzrət Rəhimənin (Nardaranda) müqəddəs hərəmləri bizim torpaqdadır. Bu mübarək tarix münasibətilə bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, Uca Allahdan dünyada İmam Rzanın (ə) ziyarətini, axirətdə şəfaətini nəsib etməsini diləyirik.
Log in or sign up to add a comment