Gəl TURAN-da görüşək ! (Okaber - Taboo)
Gəl yağışa addım ataq yada qarışaq buludlara
Gəl ümidvaram sözünü dəyişək olsun unutmaram
Gəl elə bil torpağa girək ki əbədi yata bilək
Yada elə bil duaya dönək ki Allaha çata bilək
Mən geri dönənə qədər bütün ulduzları say demişəm
O qədər dəli oldum qişa yay,noyabra may demişəm
Sən yarimin qasidisən əyləş sənə çay demişəm
Bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm
Gəl bu millətə yuxusuzluq dərmanı daddıraq
Gəl elə bir üsyan qaldıraq buranı yandıraq
Mən gözəlliyinə aşiq sən isə Qarabağ olaydın
Mən Müşfiq olaydım sən də Yenə O Bağ olaydın
Gəl elə bir külək ol kəfənimi cır mənə əs gedim
Yada şaxta ol beynimi dondur bədənimi kəs gedim