Millət var özü kiçik xalq olsa da böyük bir millətə başçılıq edib onu istədiyi kimi istismar edib varın dövlətini əlindən alır, əzir, millət var ki böyük xalq olsa da kiçik millətin yanında quzuya dönüb mələyir gecə gündüz. Millət var kiçik xalq ola ola dünyanı lərzəyə salır, millət var ki böyük xalq böyük dövlət və dünyasını əldən verir. Millət var kiçik xalq olsa belə az danışıb böyük işlər görür, millət var ki, böyük olsa da çox və boş boş danışıb əlində olanı saxlaya bilmir. Millət var ki kiçik xalq olsa da ancaq gələcəyini düşünür, millət var ki böyük xalq olsa da ancaq qarnını və gödənini düşünür. Millət var ki, kiçik xalq olsa da böyük savada, elmə yiyələnib qabağa gedir, millət var ki böyük xalq olsa da həyata gözlü gəlir kor kimi gəzir və elmə, savada kor olur həmişə. Millət var kiçik olsa da bir nəfər hamı üçün, hamı bir nəfər üçün deyib haqqı qoruyur, millət var ki, Allah, Allah deyib şeytana şərik olur. İndi baxın deyin hamınız hansı millət yaşamağa layiqdir, hansı millət ölümə və məhvə məhkumdur? Hansı millət Allah tərəfindən sevilə bilər, hansı millət Allahın qəzəbini, nifrətini qazana bilər? Oxudunmu? Heç olmasa özünü tanıya bildinmi hansı millətin nümayəndəsisən? Tanıdınsa özünə afərin de.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев