Tapmaq da olmur ki biz hansısa dinə aidik. Əgər bir namaz qılmaq, oruc tutmaq, həccə getmək müsəlmançılıq sayılırsa mən deyirəm ki gəlin ozözümüzü aldatmayaq. İslam dini tamam başqa, müsəlman olmaq tamam ayrı. Ona da biz yaxın deyilik. Tamam uzaq bir aləmin varlığıyıq. O varlığın da nə olduğunu biz özümüz də bilmirik. Bəlkə də məni çoxu qınayacaq ki bu nə danışır? Onu deyim ki mən nə danışdığımı çox yaxşı bilirəm. Əgər əsl İslam Allahın bizə nazil etdiyi Qurandırsa onda mən bütün insanların əməlində Allahın nazil etdiyi Quranda əsl İslama ugun olanını heç kəsdə görə bilmədim. Heç nəyi demirəm. Bir məmləkətdəki 2 cüt, 1 tək erməni 10 milyonluq özünə müsəlman deyənləri minib çapırsa, torpağını zəbt edib evlərinə soxulub ana bacılarını təhqir edib zorlayırlarsa, istədiklərini ürəklə qorxmadan edirlərsə necə müsəlman sayıla bilərik? Mən şəxsən qorxudan başını kola soxub gizlənənləri necə müsəlman saya bilərəm? Bir millət haqqın qarşısında susub haqqa şər atırlarsa onu mən necə müsəlman saya bilərəm? Bir millət ki, dil qəhramanı olub qorxudan gizlənməyə deşik axtarırsa onu mən necə müsəlman saya bilərəm? Mən dildə Hüseyn aşiqi deyib haqqı deyənləri qoruya bilmirlərsə mən onları necə müsəlman saya bilərəm? Mən İmam Zaman ağa gəlib bizi xilas edəcək deyib başının altına 10 qat yastıq qoyub yatanları, öz həyatına laqeyd yanaşanları necə müsəlman sayım axı? Daha nələr və nələr. Mən inanın Türklərə həsəd aparıram. Çünki əsl İslama onlar yaxındır. Bilirəm bəzi ağzıgöyçəklər çox şeyləri uydurub türklər haqqında mənfi şeylər deyəcək. Amma baxın. Türklərin torpağını heç nəinki 2 cüt 1 tək erməni işğal edib onların yanında at oynada bilməz, bütün dövlətlər birləşsə belə türklərə qarşı onların yanından yel olub ötə də bilməz. Onların analarını ağlar qoyarlar. Bunu türklər bütün tarix boyu sübut edib. Hitler türklər haqqında bir söz deyib. Deyib ki bütün türk milləti məhv olub içərisində 1 cə türk Sağ qalarsa o öz dövlətini quracaq yenə. Türklər bizim kimi dil pəhləvanı yox əməl sahibidirlər. Onlar əsl Hüseyn aşiqidirlər, çünki Hüseyn kimi qorxu bilməzlər nədir. Onlar heç vaxt başlarının altına nəinki on qat heç yarım qat yastıq qoyub bizim kimi İmam Zaman ağa gözləməzlər. İnanın İmam Zaman ağa bizim bu fərasətimizi görüb gəlməz heç vaxt. Çünki bizim dil pəhləvanı olduğumuzu bilir. Bilir ki biz dil pəhləvanları onu ölümün qabağına atıb qaçıb gizlənməyə deşik axtaracağıq. Bu qədər haqqı deyənlərin hansına həyan olub onu müdafiə etdik? Əksinə dalına yaxşı vedrədən şəbədədən qoşub məhv etdik. Bir millət kimi haqqın dalınca yox pulun dalınca qaçdıq. Özü də qəpik quruş dalınca. İndi deyəcəksiniz bəs dolanışıq? Haqqın dalınca qaçmayanın günü zəlil keçməlidir. Çünkü bunu biz özümüz Allahdan istəyirik. Allahdan gələn haqqı yox, hansısa əclafdan qəpik quruşu üstün tutduq. Allaha itaət etmədik, hansısa bir nankorun qabağında qul olub əyildik. Allahın qoyduğuna, nazil etdiyi Qur'anı yox, hansısa bir insanın uydurduğu hədisləri üstün tutduq. Bizi yaradanı, bizə ruzi verən Allaha yox, hansısa bir axmağın verdiyi qəpik quruşa görə ona dua elədik. Budurmu İslam dini, müsəlmançılıq? Bilin agah olun. Nə qədər ki, biz Allahın yolunda deyilik, nə qədər ki, biz haqqa kor olacağıq, nə qədər ki biz qorxaq olacağıq Allah bizə və övladlarımıza bu zəlil günü verəcək. Çünki bunu özümüz öz əməlimizlə qazanırıq. Allah da bizim bu əməl qazancımıza nəinki mane olacaq, əksinə əməl qazancımıza güc verəcək ki biz heç vaxt zəlil gündən başqa heç nə görməyək. Çünki bunu özümüz istəyirik. Yalan deyirəmsə deyin yalandır və öz bildiyinizi əvvəlki kimi davam edin
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев