İnsanlara bir öyüd və xəbərdarlıqdır
14:52. Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.
6:92. Bu, şəhərlər anası Məkkəni və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.
74:54. Xeyr! Bu Quran bir nəsihətdir.
74:55. İstəyən onu xatırlayar.
24:34. Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
17:41. Biz bu Quranda dinin ehkamlarını izah etdik ki, onlar düşünüb ibrət alsınlar.