—- K A Ş ——
Qaya üstə açan çiçək
Yetib səni dərəydim kaş !
Minbir ətir saçan çiçək
Köksüm üstə sərəydim kaş !
Dağın başı çən dumanlı,
Həsrəti var illi- aylı,
Könlüm evi şah saraylı
Səni orda görəydim kaş !
Bürüyübdü duman səni ,
Azdırıbdı güman səni,
Kim aldatdı yaman səni,
Bircə bunu biləydim kaş !
Şair Dilqəm Səmədoğlu ilə deyişmə
Çoxdan eşidilmir səsin- sorağın,
Dikilib yoluna goz, Səmədoğlu !
Arif məclisində görünür yerin,
Darıxıb səninçün söz, Səmədoğlu !
Gəl yurdu dolanaq , kef- əhval soraq,
Zirvədə qartalla yanaşı duraq,
Şeir məclisində ,, ötəşə’’ duraq
Deyək sözümüzü düz, Səmədoğlu !
Yurdun dərəsindən , düzündən keçək ,
Ələnək, ələyin gözündən keçək .
Buzlu bulaqların gözündən içək,
Yaşayaq bu ömrü düz , Səmədoğlu !
60 yaş nə çox deyil, nə də az,
Əldə qələm hələ yaşa , hələ yaz,
Hümbət deyər duyğulanaq gəl bir az ,
Büllur qədəhləri süz , Səmədoğlu !!!
Dilqəm Səmədoğlu
Görə bilməsəmdə üzünü hərdən ,
Hər zaman anıram , ay Xalamoğlu !
Kədərli günümdə , gözəl an