Bu qəmlər kim, mənim vardır, bə’irin başinə qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.
Tərcümə
Mənim qəmlərimi dəvənin başına qoysan,
Çıxar kafir cəhənnəmdən,əzab əhli sevincə qərq olar.
Mərhum Füzuli bu şeiri "Qurani Kərimin"
Əraf surəsinin 40 cı ayəsinə işarə olaraq yazmışdır.
Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
Nicat Nemətov.