Yazan silsin... Bilirəm ki, artıq yoxsan, Daha yanına gəlmirəm. Bəs mən niyə, sənin kimi, Dözüb, unuda bilmirəm? Mən əslində dərdi deyil, Bitən sevgini ağladım, Tənha keçən illərimi, Səndən hədiyyə saxladım. Sevgi dolu gəncliyimi, Yoxluğunla qocalmışam, Bəlkə səni, olduğundan, Çox ucaya ucaltmışam? Bəlkə yeni bir həyatı, Yaşamağın vaxtı çatıb, Ürək məni qınamaz ki, Deməz ki, sevgisin satıb? Ürəyimi qaytarsaydın, Məni dərdə salmaz idi, Mən də, bütöv mən olardım, Yarım səndə qalmaz idi. Meni heç kes qınamasin, Qoy sevgimi dünya bilsin. Unutmağı bacarmadım, Səni mənə yazan silsin. muellifi by etish