KÖÇDÜ BU DÜNYADAN ZƏLİMXAN DEDİ Nə acı dəhşətli sözdü bu xəbər, Nə tez Yer üzünü gəzdi bu xəbər. Turan ellərini üzdü bu xəbər, Amansız ölümə hamı can dedi, Köçdü bu dünyadan Zəlimxan dedi. Dolaşdı dünyanı bir səyyah kimi, Sandı Mövlanəni səcdəgah kimi. Sərraf bazarında hamı şah kimi, Bir saz-söz dəlisi,bir Ozan dedi, Köçdü bu dünyadan Zəlimxan dedi. Torpaqla danışdı,külək dilində, Üz tutdu göylərə mələk dilində. Fələyə söz dedi Fələk dilində, Tərs işin çoxumuş nə yaman dedi? Köçdü bu dünyadan Zəlimxan dedi. Dağlar örpəyini atıb üzündən, Yaşı gilə-gilə tökdü gözündən. Bircə gül də incimədi sözündən, Quşun dilin bilən bir insan dedi, Köçdü bu dünyadan Zəlimxan dedi. Kim şair doğul
AY BƏNÖVŞƏ
Bəlkə qismət oldu bir də qörüşdük,
Dözmüsən,bir az da döz, ay bənövşə.
Gəl burma boynunu,səndən betərəm,
Qoymusan sinəmə köz,ay bənövşə.
Qollarım bağlıdır,yolum dumanlı,
Ürək səksəkəli,can həyacanlı.
Yenə mən olaydım bir dəliqanlı,
Sən də bir utancaq qız,ay bənövşə.
Çiçək bu dünyada bir olur,nədi?
Məkanı müqəddəs yer olur,nədi?
Kollar sən açanda “PİR” olur,nədi?
Hər görən diz çökür,tez ay bənövşə.
Ömrün təkərini saxlıya bilsəm,
Yazın gəlişini haxlıya bilsəm.
Səni bir doyunca qoxluya bilsəm,
Ürəyim olardı buz,ay bənövşə.
Keçir bu Kamilin ömrü baharsız,
Gülşən nə gərəkdir bülbülə yarsız.
Sən ömrü gödəyə,mən etibarsız,
Tapmıram deməyə söz,ay bənövşə