Cüməniz mübarək olsun!
İmam Zamana (ə.f) təvəssül duası:
Allahım, Sənin vəlin və höccətin Sahibəz-Zamana (ə.f) xatir bütün işlərimdə Onun vasitəsilə mənə yardım et. Əziyyət verən, tüğyan edən və ədalətsiz rəftar edən hər bir kəsin şiddətindən, məni Onun vasitəsilə qurtarsan. Çəkdiyim zəhmətlərdə Onun vasitəsilə mənə kömək edəsən. Onun vasitəsilə bütün düşmənləri, borcları, qəm və kədəri məndən, övladımdan, bütün əhlimdən, qardaşlarımdan, mənə önəmli olan və mənə məxsus olan şəxslərdən uzaqlaşdırasan. Amin ey aləmlərin Rəbbi.
O (ə.f) bir Cümə mütləq gələcək!
"..Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın.."¹
Bu ayəyə əsasən Allahı unudan hər kəsin cəzası "öz" ünü unutmasıdır. Ən böyük təhlükə insanın öz həqiqət və fitrətini unutmasıdır. Ən yaxşı xilas yolu həmin həqiqəti tapılmasıdır.
Əllamə Cavad Amili.
İnsanın insanla təfsiri" səh,63.
Allahın Rəsulu (s) buyurub:
Biz Əhli-beytin (ə) məhəbbətinə mültəzim olun. Şübhəsiz ki, (qiyamət günü) hər kim Allah ilə bizi sevərək görüşərsə, bizim şəfaətimiz ilə Cənnətə daxil olacaq. Canım əlində olana (Allaha) and olsun ki, bəndənin əməli ancaq bizi tanımaqla (qəbul etməklə) fayda verəcək.
Şeyx Mufid (s.ə) - Əmali səh.13
Bütün müstəhəbbi əməllər içərisində iki əməl var ki, bənzərsizdir. Biri İmam Hüseyn (ə.s) üçün göz yaşı tökmək, o biri gecə namazıdır. Heç bir əməl bunlara çatmaz".
Ayətullah Behcət (r.ə)
İmam Rza (ə.s) buyurub:
Hər kim Məni evimin və məzarımın uzaq olmasına baxmayaraq, ziyarət edərsə, qiyamət günü üç yerdə onun yanına gedərəm ki, onu həmin günün qorxusundan və çətinliklərindən xilas edim.
Əməl namələri sağdan və soldan yüksəldiyi zaman, sirat körpüsündən keçdiyi zaman, əməllərin ölçüldüyü zaman.
(Vəsailuş-şiə, cild 10, səh 433.)