Предыдущая публикация
Qəflətdən ayiltmazsa əgər bir söz adamı,
Yox faidəsi, cəm eləsən də yüz adamı.
Düz söz deyənin alidir əlbəttə məqamı,
Nadan olan əhl anlamaz ey dil,düz adamı.
Aləmdə azaldıqca adamlarda adamlıq,
Getdikcə çıragla gəzərik gündüz adamı.
Vədində xilaf olma,sabah üz-üzə gəlsən,
Düz ol ki, utandırmasın,ey dil, üz adamı.
Mərdanə sanıb hər yetənə çox ağız açma,
İndi hamının vardır əlbət öz adamı.
İzlə gedən insanın əzizim,izi qalmaz,
Çox şahidi oldum ki, itirdi iz adami.
Djz hərlə,Səlim,başına hər şer yazanda,
Xəlq içrə deyirlər ki, yıxır pis göz adamı,
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1