Предыдущая публикация
Etməzsə dərdimə təbib dəva, uzaq başı.
Yar ətrini alıb gələr səba uzaq başı.
Dərindən ölməyimdən ölməz aglayar bir az,
Qırx gün tutar mənim üçün əza uzaq başı.
Hicrində halimi görüb, gədayə rəhm edər,
Vəslin qılar o gül mənə əta uzaq başı.
Əl çəkmərəm yolunda gərçi min günah edəm,
Vasil edər cəhənnəmə, Xuda uzaq başı.
Sərf etmişəm yolunda hər nə varımı sənə,
Bir can qalıbdır eylərəm fəda uzaq başı.
Röyadə yarımı görüb namazə durmadım,
Sonra onu mən eylərəm qəza uzaq başı.
Düz yolda olsa hər nə qədri əyri dönmərəm,
Tapsın məni bu yolda qoy bəla uzaq başıç
Halımdan olmasa o yar hali ey Səlim,
Bülbül sayagi eylərəm nəva uzaq başı.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4