BU HƏYAT NƏ QƏRİBƏDİ!...
Vətəndən qürbətə qərib düşənin
Başına gen dünya yaman dar olur.
Doğmadan, dostlardan ayrı düşənin
Gözündə sevinc yox, qəm-qubar olur.
Hər zaman görmüşük insan qəlbini,
Hicranlar göynədib, dərdlər dağlayıb.
Uşaqdan da betər insan qəlbini,
Həsrətlər kövrəldib, qəmlər ağladıb...
Həyatda şənlənmək, - bu şöhrət, bu şan,
İnsana göylərə hey ucaldarmiş.
Tənhanın könülü olsa pərişan,
Onu qüssə-kədər tez qocaldarmış...
... Bir baxın, bu həyat nə qəribədi!...
Nə qədər qəribə işləri varmış!
Sevinci bir damla, dərdi bir dərya,
Nə yaman sərt üzü, qanunu varmış!
Nə yaman sərt üzü, qanunu varmış!...
Professor: - Təyyarədə 500 kərpic var.
Biri
təyyarədən sürüşüb düşür. Təyyarədə
neçə kərpic
qaldı? Tələbə: - Çox asan! 499! -
Düzdür. Növbəti
sual. Bir fili 3 hərəkətlə necə
soyuducuya
yerləşdirmək olar? - 1) Soyuducunu
açmaq. 2) Fili
yerləşdirmək. 3) Soyuducunu bağlamaq.
- Yaxşı.
Bəs bir maralı soyuducuya 4 hərəkətlə
necə
yerləşdirmək olar? - 1) Soyuducunu
açmaq. 2) Fili
çıxarmaq. 3) Maralı yerləşdirmək. 4)
Soyuducunu
bağlamaq. - Əla. Heyvanların şahı şirin
ad
günüdür. Hamı onu təbrik etməyə gəlib,
bir
heyvandan başqa. Niyə? - Çünki, maral
hələ də
soyuducudadır. - Afərin! - professor
deyir. -
Davam edək. Qoca qarı timsah dolu
bataqlıqdan
keçə bilər? - Əlbəttə, keçər. Çünki,
bütün timsahlar