"BAĞIŞLA"
Hərdən alovlanıb külə dönürsən,
Hərdən çiçək açıb gülə dönürsən,
Hərdəndə yağırsan selə dönürsən,
İsinməz qəlb evim qarla yağışla,
Mən səni sevmirəm məni bağışla..
- Keçilməz yoldayam yol dara düşdü,
Ünvanım yaxınkən yol hara düşdü,
Bir zaman sevdiyin yollara düşdü,
İntizar baxışla qəmli baxışla,
Mən səni sevmirəm məni bağışla..
- Doğmalar yadlaşıb düşmənim oldu,
Tənhalıq sirdaşım həmdəmim oldu,
Kimsəsiz hər dalan məskənim oldu,
Düşmənəm qohumla,dostla tanışla,
Mən səni sevmirəm məni bağışla..
- Məhəbbət nağıldı sevgi nağıldı,
Susuz bir balıq tək üzdü boğuldu,
Eşq ilə qurduğum yuvam dağıldı,
Alınmır bizimki küslə barışla,
Mən səni sevmirəm məni bağışla..