Kaş ki bir sənətkar derzi olaydim
Paltarlar tikərdim dizdən aşağı.
İşimlə keçmişi yada salaydım,
Çılpaq görünməzdi qadın ayağı.
Alverçi olaydım, bazara örnək,
O vaxt aldatmazdım heç bir insanı.
O biri yalançı alverçilər tək,
Mən pula satmazdım təmiz vicdanı.
Mən cərrah olaydım, önümdə xəstə,
Edərdim kasıba xüsusi yardım.
Kiçik əməliyyat masası üstə,
Çirkli vicdanları kəsib atardım.
Mən bənna olaydım, gedib dərinə,
Ölənə tökməzdim qəmgin göz yaşı.
Ölən insanların qəbirlərinə,
Tikməzdim mərmərdən parlaq baş daşı.
Müəllim olaydım millət xətrinə,
Elmlə savadla düşəydim səsə.
Üç qiymət yazmazdım rüşvət xetrine
Tələbə adını daşıyan kəsə.
Mən molla olaydım, qılıb namazı,
Səhv etsəm deyərdim yolumu