Çoxu bilmir sozlerimin hansı sənə aiddi
Nə də ki, bilmirdilər suleyman o vaxt kimə aiddi
Hərdən bağışlamıram sənə o addımıvı
Tulladığın məktublar uşaqlığımıza aiddi
Vaxt keçdikcə münasibətlər ciddiləşdi
Mentalitet araya girdi, hər şey sadələşdi
Amma səni həm də buna görə çox sevirdim ki,
Mənalı şeyləri mənasızdan ayırırdın
2013 e birgə girdik, o sevgi dolu səhərlə
Yadıma düşdükcə içim dolur qəhərlə
Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür
Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?!
Layiqli soyuqluğuvu gizlətdi mərhəmətin
Düşündüm ayrı qalsaq artar məhəbbətin
Amma ki, səni uzağa aparan o təyyarə
Yəqin ki, əsas səbəbkarı indiki söhbətin
Bəlkə bu ritualdı, ayrılıqdan yazmaq