Gecə yarısı Astarada yaşayan ucqar kənd sakininə zəng gəlir. Yəqin oğlumdur, deyib həyacanla telefona cavab verir: - Alo...- Salam, əmi. - Vəaleykum salam. - Mən oğlunuzun komandiriyəm.- Lap yaxşı, komandir. Bəs bu vaxtı zəng etməyə səbəb nədir? Olmaya o dələduz nəsə edib? - Xeyr, o...- Komandir, o mənim ən sevdiyim oğlumdur. Buna baxmayaraq onu Vətənə qurban demişəm! Mənimlə açıq danış, gəlim yoxsa gəlişinizə hazırlaşım?!Komandir doluxsunub susur... Onu kişinin "alo" səsi özünə gətirir. O kişiyə: -Əmi hazırlıq gör, sabah gətirəcəyik, - deyir. Ata tam təmkinlə yenidən dillənir: - Komandir, ehtiyatda olan zabitəm. Qarabağda döyüşüb yaralanmışam. Səni zabit şərəfinə and verirəm düzünü de, oğlu