Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma sayları verilmişdir. “Yeddi göy” ifadəsi 7 dəfə təkrarlanır. “Göylərin yaradılışı (xəlqi-səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır. “Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə, çoxluq, yəni “günlər (əyyam və yəvmeyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrarı isə 12-dir. “Bitki” və “ağac” sözlərinin təkrar sayı eynidir: 26 “Cəza” sözü 117 dəfə çəkildiyi halda, Quran əxlaqının təməl xüsusiyyətlərindən olan “bağışlamaq” ifadəsi bu sayın 2 misli qədər, yəni 234 dəfə təkrarlanır. “De” sözlərini saydığımızda çıxan nəticə 332-dir. “Dedilər” sözünü saydığımızda da eyni sayı əldə edirik. “Dünya” sözü və “axirət” sözünün təkrarlanma sayı d