Vətən müharibəsində itkin düşənlərdən biri də 21 yaşlı Cabbarov Oruc Akif oğludur.
Oruc Cabbarov Yevlax rayonu Nərimanabad kəndində anadan olub. Orta təhsilli olan Oruc məktəbi bitirdikdən sonra Ağstafada N saylı hərbi hissədə xidmət keçib. Son 3 ayda isə orduda MAXE kimi qulluq edib. Sentyabrın 27-dən döyüşlərə qatılıb. Oktyabrın 4-də isə ailəsiylə son dəfə danışıb.
Oruc Cabbarov atası oğlu ilə oktyabrın 4-nə kimi hər gün əlaqə saxlayıb:
"Ayın 4-də zəng edib dedi ki, onları döyüşə aparırlar. "Tələsirəm" deyib sağollaşdı. Suqovuşan və Talış istiqamətində döyüşüb.
Müdafiə Nazirliyinə və Qızıl Xaç Komitəsinə də dəfələrlə müraciət etmişik. Bildirilir ki, bəlkə də əsir düşüb. Məndən