Ali baş komandan İlham Əliyev. Sönmüş ocaqları çatdı-qaladı, Bölünmüş Vətəni yığdı caladı, Düşmənə dağ vurdu O parçaladı Ali baş komandan İlham Əliyev. * Sevəni az düşməni çox olsada, Sözü keçər öz yeri var dünyada, İnanmaz yamana üz verməz yada Ali baş komandan İlham Əliyev. * Fəth etdin qəlbləri ucadı yerin, Əmr verəni oldun ərənin-ərin, Qəhramanı sənsən dövrün-əsirin Ali baş komandan İlham Əliyev. * Tarixə iz qoydun əməlinlə sən, Qalib Sərkərdə tək adına Əhsən, Xalqın sənə bağlı sən bizimləsən Ali baş komandan İlham Əliyev. * Qarabağı təzdən qurdu yaratdı, Sözə baxmayanı Vətəndən atdı, Dağbəyi sözüylə məqsədə çatdı Ali baş komandanİlham Əliyev... *