BİR FALA BAXDIM
Buludlar dəyirdi böyür - başıma,
Ayüzlüm, bu gecə,- bir fala baxdım.
Sünbül - sünbül töküb bu dən daşıma,
Ayüzlüm, bu gecə, - bir fala baxdım.
Qohumlar, qonşular təşviş içində,
Eldən - elə keçdi elçi köçündə.
Bir yazı səsləndi əlçim içində,
Ayüzlüm, bu gecə, - bir fala baxdım.
Sevindim, çatmışam dımbır yaşıma,
Mələklər dolanır bir - bir başıma.
Ən xoşbəxt günləri çəkib qarşıma,
Ayüzlüm, bu gecə, - bir fala baxdım.
Boylanıb İlahi verən bacama,
Məhəbbət yağırdı dən - dən saçıma,
Dərd əkən gecələr dözmür acıma,
Ayüzlüm, bu gecə, - bir fala baxdım.
Allahım gör necə edib bəxdəvər,
Sinəmdə ah, üzümdə qəm gecələr.
Mehrabı eşqinə sürgün etdilər,
Ayüzlüm, bu gecə, - bir fala baxd
SAXLAYAQ
Elə mürgülüdü gənclik illərim,
Ha səslə, ha çağır, oyanmaz daha.
Dağlardan, dərədən qopan sellərim,
Çəhlimdə, dikdirdə, dayanmaz daha.
O dağlarln, o dərənin mehində,
Bələnərdik nərgizlərin ətrinə.
O çəmənin, o çiçəyin şehində,
Qısılardıq gözlərinin çətrinə.
Qoyma həsrət yarı yardan ayıra,
Bu sevgiyi ömür boyu saxlayaq.
Sevə - sevə hər arzunu, diləyi,
Ataq dəryalara, suyu saxlayaq.
Qazaq ürəklərdə quyu saxlayaq.
müəllif Mehrab Gözəldərəli
20 04 2020
DÖNÜRƏM
Gecə - gündüz, zikr eyləyib xəyalda,
Vətən adlı O, Qibləyə dönürəm!
Qurban olsun ömrüm, günüm bu yolda,
Vətən adlı O, Qibləyə dönürəm!
Birləşək, düşmənin qəbrini qazaq,
Qələbə xəbərin O, Yurdda yazaq.
Göynədir qəlbimi bu həsrət, sazaq,
Vətən adlı O, Qibləyə dönürəm!
Vətənsiz heç yerdə çəkilmir adım,
Nə dostum bilinir, nə də ki, yadım.
Ya Rəb, can verirəm, mən addım - addım,
Vətən adlı O, Qibləyə dönürəm!
Dünyanın əşrəfi Gözəldərədə,
Düşmana tor qurub, durub bərədə...
Çay kimi göllənib, Gözəl dərədə,
Vətən adlı O, Qibləyə dönürəm!
Gündüzlər qəm yeyib, gecə gözlərəm,
Düşməni endirib heçə, gözlərəm.
Ərənlər var ikən, necə gözlərəm?
Vətən adlı O, Qibləyə dönürəm!
müəllif Mehrab Göz