Həyat sabahlardan ibarət deyildir.Həyat bu gündür.Sənin indi yaşadığın andır! Bu gününü sabahı düşünməklə keçirtmə. Sən bilirsən ki,bu günün daha geri qayıtmayacaq? Bəli,bilirsən.Hələ bilərəkdən yenə də sabahı düşünürsən.Niyə düşünürsən axı?Bu gün də dünənin sabahı deyil mi,insan? Bu gün sənin ən dəyərli günündür.Bəli məhz BÜ GUN.Heç bir zaman nə bir saatı,nə bir dəqiqəsi,nə də bir saniyəsi təkrarlanmayacaq. Doya doya yaşa hər anını.Dadını çıxart. Ağlamaq istəyirsənsə,qəlbinin acısı soyuyanadək ağla ! Gülmək istəyirsənsə,gözündən yaş gələnə qədər gül ! İçindəkiləri bölüş,sabaha saxlama ! Bəlkə də onları daha demək imkanın olmayacaq ! Bu həyat sənindir,heç nəyə baxmayaraq,istədiyin kimi yaşa.