İmam Mehdinin (ə.f) qeyb dövründə olan halları və Onu (ə.f) gördüyünü iddia edənlər (6 - cı hissə)
İmam Zaman (ə.f)-in sonuncu naibi Əbul Həsən Əli ibni Məhəmməd əl Səmuriyə yazdığı məktub:
Allah sənin yoxluğunda qardaşlarına böyük əcr versin.Altı gün içində vəfat edəcəksən,işlərini tamamla və kimsəni yerinə təyin etmə ki, böyük qeyb dövrü gəlib çatmışdır və mən Allahın izni olmadan zühur etməyəcəyəm,bu (zühurum) da insanların ürəkləri tamamilə bərkidikdən, qəsavətləşdikdən və yer üzü zülm və haqsızlıqla dolduqdan sonra baş verəcək.Bu vaxt bəziləri şiələrimizə mənimlə rabitədə olduğunu və görüşdüyünü iddia edəcək.(Zühur nişanələrindən olan) Süfyani gəlməmişdən və səmadan nida eşidilməmişdə