Dağ başında quzu var, ahu kimi gözü var
Dağ başında quzu var, ahu kimi gözü var
Oğlan qızı sevərsə, kimin ona sözü var?
Oğlan qızı sevərsə, kimin ona sözü var?..
Dağ başında quzu var, ahu kimi gözü var
Dağ başında quzu var, ahu kimi gözü var
Oğlan qızı sevərsə, kimin ona sözü var?
Oğlan qızı sevərsə, kimin ona sözü var?..
Ay mənim gülizarım, sən söylə, mən yazarım
Ay mənim gülizarım, sən söylə, mən yazarım
Görüşdüyümüz yerlər olsun mənim məzarım
Görüşdüyümüz yerlər olsun mənim məzarı..
Günlər ötür, vaxt daralır,
Hər gün ömür ağacımdan
Bir yaşıl yarpaq saralır,
QOCALIRAM!
Yaş üstə qalanır yaşım,
Tüstülənir ocağımdan
Qarlı dağa dönür başım,
UCALIRAM!
Yoxdur əsər şən həyatdan,
Ötüb – keçən xoş çağımdan
Həyat məndən, mən həyatdan,
ÖC ALIRAM!
Günlər ötür, vaxt daralır,
Hər gün ömür ağacımdan
Bir yaşıl yarpaq saralır,
QOCALIRAM!