Gəzəndaş ziyarətgahı Astara şəhərinə gedən istiqamətdə, yolun sağ tərəfində, Bakı-Astara magistral yolunun kənarında, Ərçivan qəsəbəsinin cənubunda yerləşir. Ziyarətgahın yaranma tarixi IX-XIII əsrlərə aid edilir.
Rəvayətə görə, burada Allah tərəfindən göndərilən və İmam Hüseynin (s) qanı olan bir “gəzən” daş var idi. Bu səbəbdən ziyarətgah “Gəzəndaş” adlandırılıb.
Yazıçı Səidəli Kazımbəyoğlunun “Cavahirnameyi-Lənkəran” kitabında ziyarətgah haqqında yazılıb: “Hal-hazırda Ərçivan kəndinin yerləşdiyi yer qədimdə murdov (bataqlıq) olmuşdur. Oranın ətrafında “Gəzəndə dəşt” adlandırılan çox səfalı və geniş bir məkan vardır”. Fars dilində “gəzənd” (bəla, zərər) və “dəşt” (çöl) sözlərindən yarana
Ayətullah Seyyid İbrahim Rəisi Məşhəd şəhərində dünyaya gəldi. Bir ömür imam Rza(ə) hərəmində xidmət elədi. Üç il qabaq prezdentliyə seçilməsi münasibətiylə keçirilən şənliyi imam Rzanın(ə) mövlud günü kimi qeyd etdi. İmam Rzanın(ə) mövlud axşamı şəhid oldu.
Ruhunuz şad olsun
Qorxulu yuxudan əziyyət çəkən və yaxşı yuxular görmək istəyən adam hansı duaları oxusa faydalı olar?
____
Dua kitablarında bununla bağlı bəzi tövsiyələr verilib.
Məsələn, Peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbasdan rəvayət edilib ki, hər kim pis yuxudan və qarabasmadan əziyyət çəkirsə, yatmazdan əvvəl Ali-İmran surəsinin 18-ci ayəsini oxusun. Hər kim yatmazdan qabaq Məaric surəsini oxusa, pis yuxu görməz, bəlalardan amanda qalar, üstəlik, ehtilam olmaz (yəni şəhvətli yuxu nəticəsində cünüb olmaz).
____
Yenə mötəbər kitablarda qeyd edilib ki, qorxulu yuxulardan amanda qalmaq üçün yatmazdan əvvəl 15 dəfə Leyl surəsini oxumağın xeyri var.
____
Məşhur alim Kəfəminin “Misbah” kitabında yazıl