Can qardaş, can. Nə tez getdin aramızdan. Nə oldu axı birdən-birə sənə? Bu nə müəmmalı ölüm oldu İLAHİ. Allah Peyğəmbər və Əhli-Beytinə xatir sənə rəhmət eləsin və səndən baş verən xəta və günahlarını bağışlasın. Qəbrin nurla dolsun gözəl qardaşım. Məkanın Cənnət olsun. Allah ailənə və sevənlərinə səbr versin.
Qətlə yetirilən insanı bir daha həyata qaytarmaq qeyri-mümkün olduğu kimi, qeybəti olunan şəxsin tökülən abrını da geri qaytarmaq qeyri-mümkündür. Bu da qeybətin necə böyük bir günah olduğunu aydınlaşdırır. Müsəlmanların qanı, canı və malı toxunulmaz olduğu kimi , onların şəxsiyyət və heysiyyəti də qorunmalıdır. Elə qeybət də müsəlmanın şəxsiyyətinə xələl gətirdiyi üçün qadağan edilmişdir.
Hz.Peyğəmbər (s) buyurur ki, " Müsəlmanın canı (qanı), malı və abırı (şəxsiyyəti) müsəlmana haramdır "!