Dünyaya gətirib cıxib getdiniz,
Arxasız qalmışam, ay atam, anam.
Bu zülmü övlada necə etdiniz,
Axır gözlərimdən çay, atam, anam.
Yandırıb getdiniz, qiymayın sönəm,
Ay ana sənnənəm, ay ata, sənəm,
Sizi səsləməkdən yarıldı sinəm,
Biriniz versəniz hay, atam, anam.
Yandirmişam sizdən qalan şamları,
Ay zülmət bəxtimin nur məqamları,
Allahın ən gözəl ərməğanları,
Doya bilmədiyim pay atam-anam.
Nə ağır zülümmüs duyanın dərdi,
Gecə yetim qalan röyanın dərdi,
Üstümə şığıyır dünyanın dərdi,
Tənhayam, yalqızam, vaay, atam, anam.
İçimdə iztirab, tellərimdə dən,
Min ildir gəzirəm, yolum duman, çən,
Sizin təmənnasız sevginizə mən,
Heç tapa bilmədim tay, atam, anam.
Məmməd, yer soyuqdur, göydə qalırlar,
Qoruyan mələktək qanad çalırlar,
Gecələr ruhuma işıq salırlar,
Başım üstə qoşa Ay, atam, anam...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 5