Bu Hadisə Misirdə Olmuşdur
Bir kişinin ürək xəstəliyi var imiş. Həkimlər ona dedilər ki, biz səni müalicə edə bilmərik. Ona xüsusi əməliyyat lazımdır. Ancaq xaricdən maraqsan bəlkə sənin ürək əməliyyatını edə bilərlər. O, da Londonda ən məşhur ürək cərrahının yanına gəlib, yoxladıqdan sonra həkim dedi: "Sənin ürəyin təhlükəli vəziyyətdədir. Əgər səni əməliyyat etsək 1% müsbət nəticə alarıq." Kişi dedi: "Onda öz ölkəmə gedib vəsiyyətimi yazım, işlərimi yoluna qoyub 10 gündən sonra qayıdım." Öz ölkəsinə qayıdanda hər kəslə vidalaşır. Son olaraq dostu ilə vidalaşıb dostunun ofisindən çıxanda, ofisin yanındakı qəssabxanada bir qadının qəssabın atdığı heyvandakı tullantıları yığdığını görür