Rəhman və Rəhim Allahın adı ilә. Fәzl vә rәhmәtindәn başqa bir şeyә ümidim olmayan Allahın adı ilə. Onun әdalәtindәn başqa bir şeydәn qorxmuram. Onun sözündәn başqa bir şeyә arxalanmır və Onun ipindәn başqa bir şeydәn tutmuram. Xalqın tәcavüz vә zülmündәn yalnız Sәnә pәnah gәtirirәm, ey rizvan vә әfv sahibi! Sәnә, zәmanәnin çәtinliklәrindәn, ardıcıl qәm-qüssәlәrdәn, müsibәtli hadisәlәrdәn, (Qiyamәt sәfәri üçün) lazımınca hazırlaşıb, azuqә hazırlamazdan qabaq ömrümün sona çatmasından pәnah aparıram. Mәnim üçün layiqli vә mәslәhәtli olan işlәrdә yalnız Sәndәn yol göstәrmәni istәyirәm. Vә asanlıq olan işlәrdә yalnız Sәndәn kömәk istәyirәm. Sağlamlıq libası vә onun davam tapmasının mәnim halıma