Sübhün ala-qaranlığnda təkəmseyrək ötüb keçən maşınların gur işığı düşdükcə yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də, böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-bir sola, bir yuxarı, bir aşağı baxaraq diqqətlə ətrafı dinşəməyə başladı. Ən uzaq səsyetəndə belə sanki çox mahir bir dirijorun çubuq işarələri ilə ustalıqla idarə olunduğundan bir-birinə qarışmadan aydın eşidilən quşların ecaskar səsindən başqa heç nə yox idi. Gözü şəffaf polietilen torbaya sataşdıqca Ay Günəşdən işıq alırmış kimi parlaqlığı hiss olunacaq dərəcədə artırdı. Başını qaldırıb eyvanlara bir də baxdı. “Yəqin kimsə lap elə indicə atıb”, – düşün
Sübhün ala-qaranlığnda təkəmseyrək ötüb keçən maşınların gur işığı düşdükcə yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də, böyük bir qəbahət ...
QAZAXDA ANALAR ŞAİR DOĞURLAR
Pöhrələr cücərib torpaq altından
Ətrini aləmə yayır, doğurlar.
Bülbüllər öz doğma balalarının
Ömrünü güllərə qıyır, doğurlar.
* * *
Demirəm malınla, pulunla yarı,
Dünyada qalacaq dünyanın varı.
Qəhrəman yaranan qəhrəmanları,
Lazımsız alaqlar çayır doğurlar.
* * *
Qəzənfər, sözündən təzə söz doğur,
Şərdən yalan doğur, haqdan düz doğur.
Hər yerdə analar oğlan, qız doğur,
Qazaxda analar şair doğurlar!
Müəllif: Qəzənfər MƏSİMOĞLU