Nəfslərdə olanı dəyişmə fürsəti - İnsanlar nəfslərində olanı dəyişməyincə...
"Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.” ("Rəd” surəsi, ayə 11.)
Mübarək və nemətlərlə dolu olan Ramazan ayının günlərini yaşamaqdayıq. Bildiyimiz kimi mübarək Ramazan ayı adi bir ay deyil. Ümumiyyətlə, insan istəsə təqvimin heç bir ayını adi və sıradan bir ay etməyə bilər. Yəni, insanın əlindədir ki, insan hər hansısa bir ayı özü üçün mübarəkləşdirsin, nuraniyyət qatsın əməlləri ilə bu aya. İnsan buna qadirdir. Belə də, ola bilər ki, insan mübarək Ramazan ayını da, digər aylarla bir tutsun. Heç mübarəkliyini zərrə qədər dadmasın. Ramazan ayı onun üçün hicri qəməri
Cihad və Allahın köməyi - Nəfslə cihadın çox çətin olmasına, müqavimət, səbr, ardıcıl nəzarət və ayıqlığı tələb etməsinə baxmayaraq hər bir halda mümkün və insanın səadəti üçün tam zəruri bir işdir. Əgər insan bu məqsədlə qəti qərara gəlib işə başlasa Allah tərəfindən də köməklər gələcəkdir. Allah Quranda buyurur: "O kəslər ki, Bizim yolumuzda cihad edərlər, Biz onları Öz yolumuza hidayət edib onlara yol göstərərik." ("Ənkəbut" surəsi, 69-cu ayə )
İmam Cəfər Sadiq (ə) buyurur: "Xoş olsun o bəndənin halına ki, Allahın razılığı üçün öz nəfsi və onun (nəfsin) istəkləri ilə cihad etsin. Hər kəs öz nəfsinin istəklərinin ordusuna qələbə çalsa Allahın razılığını qazanar. Hər kəs Allah qarşısında c
Bir gün İmam Cəfər Sadiq (ə) öz səhabəsi Əban ibn Təğlibdən soruşdu: “Elə düşünürsən ki, əgər Allah bir kəsə bu dünyada mal-dövlət və vəzifə veribsə, demək, onu çox sevir və bu nemətlər Allahın həmin adamı çox sevdiyini göstərir?
Bəlkə elə bilirsən ki, əgər Allah bir kəsi öz nemətlərindən məhrum etsə, onu kasıblığa düçar etsə, ona görədir ki, Allah yanında onun qədr-qiyməti yoxdur və Allah onu sevmir? Amma həqiqətdə qətiyyən belə deyil. Mal-mülk Allaha məxsusdur, Allah onu əmanət kimi insanların öhdəsinə buraxıb. Insanlara icazə verib ki, ədalətlə bu nemətlərdən yeyib-içsinlər, özlərinə paltar tədarük etsinlər, bu vəsaitlə evlənsinlər, özlərinə minik alsınlar və yaşayışlarını orta yolla dav