Doğum günün mübarək, Ya Zeynəb (s.ə) !
Allahın salam bə bərəkəti üzərinizə olsun. Bu gün İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür. Hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atanın ziynəti" deməkdir. Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kif