Ömrümün növbəti payızı gəldi,
Xəzəli xalı tək yollara sərdi.
Hərdən rüzgarları döydü qapımı,
Yar sandım, həsrəti bağrımı dəldi.
Yağır narın- narın payız yağışı,
Hər damla göylərin yerə alqışı.
Elə təmizləyir, yuyur hər yanı,
Müsafir edəcək elə bil qışı.
Alır bu şəhərin üstünü duman,
Çökür qaranlıqlar gecə olmadan.
Ancaq ürəyimdə bitməyir həvəs,
Gözəl gələcəyə edirəm güman.
Yarpaqlar tökülüb güllər solacaq.
Baxıb mənzərəyə gözlər dolacaq...
Ürəkdə bir ümüd hey pıcıldayır:-
Bəlkə də bu payız başqa olacaq.
Yağan yağışlardan soruşdum səni,
Köcən durnalara verdim naməni.
Damlalar isladıb yudu hər yeri,
Qəlbimdən də yuyar qəmi, qüssəni.
Əminəm, bu payız başqa olacaq,
Soyuq mənzilimdə ocaq yan
Gözəlliyi
Yayın ortasında üşütmə salıb
Canıma sinənin qar gözəlliyi.
Kallarımı töküb, dəymisim qalıb,
Bağca gərdəninin bar gözəlliyi.
Cırtqozuq, sükranlıq, səbir bilmirik,
Qəşəng ev tikənik, qəbir bilmirik,
Buvecik, nankoruq, qədir bilmirik,
Bizdən yaxşı duyur xar gözəlliyi.
Heyif ki, çap edir görən qəzetçi,
Dadan yox, görənlər günahkar keçi,
Düymələr sinəndə qəddar gözətçi,
Qoymur nəfəs alsın nar gözəlliyi.
Görsün qoy, məhrəmə ayıb ki olmur,
Görməyən görməsə mayıf ki olmur,
Hər ağ atlı bəydə hayıf ki, olmur,
Namus gözəlliyi, ar gözəlliyi
Gözəllik önündə aciz hər silah,
Şair sülh adamı, əlhəmdülillah,
Dünyanı mükəmməl yaradıb Allah,
Yoxdan olanın da var gözəlliyi.
Yarpaqlar saralıb,