Deyirəm görəsən , harda qalmısan
Bəlkə də yatmışdın , indi oyanmısan
Gözümü niyə sən , yolda qoymusan
Bir gələ biləydin, bura sevgilim .
Gözlərim hər yanda , axtarır səni
Mən yata bilmirəm , sənsiz gecəni
Bu qədər incidərmi , sevən - sevəni
Bir gələ biləydin, bura sevgilim .
Çırağım yanmayır, evim qaranlıq
Səni görə bilsəydim, olsaydı sağlıq
Cavanlıq ötüb çoxdan, qalıb qocalıq
Bir gələ biləydin, bura sevgilim .
Həsrətin gecə kimi , ürəyimi sıxır
Gözlərim getdiyin yola , hey baxır - baxır
Görəsən dərd varmı , ayrılıqdan ağır
Bir gələ biləydin , bura sevgilim .