Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası tikilib.
Yeni inşa olunan binalar 4-5 mərtəbədən ibarətdir. Bu binalarda 712 mənzil olacaq.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunan tikinti işləri başa çatdıqdan sonra Cəbrayıl şəhərində 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Qeyd edək ki, Cəbrayıl şəhərinin yeni görüntüsü müzakirəsiz ötüşməyib. Təkcə cəbrayıllılar deyil, ölkənin digər bölgələrində yaşayan insanlar da layihəni sərt tənqid ediblər. Sosial şəbəkələrdə aparılan müzakirələrdə ən çox iki məqam qabardılır: İnsanlar hesab edirlər ki, kiçik bir ərazidə 33 binanın inşası məqbul deyil. Bu, şəhərin gələcək sakinləri üçün çoxsaylı proble