LAL OL DİLİM
Bu gün, - belə getdi,
Doldu, silə getdi.
Çaşdırdı, ömrümü,
Verdi yelə, getdi.
Zaman dönmür geri,
Qırdı balü - pəri.
Dərdi saldı cana,
Gülə - gülə getdi.
Baxmır bizə Fələk,
Çıxmır üzə, Fələk.
Dağı dağdan ağır,
Enmir, düzə Fələk.
Kim bilir, kim görür?
Nəmdən canım çürür.
Qəm verən kərpicdən,
Qəmli saray hörür.
Olsan dilim - dilim,
Dinmə, lal ol, dilim.
Vəfasız dünyanın,
Sonu kəfən, ölüm...
müəllif Mehrab Gözəldərəli
04 08 2019