Seyyid Ustad Fatiminiya Ağa buyurur: "Mən and içən adam deyiləm. Amma sizə baxıram ürəyim yanır, məcburam and içim. And olsun Həzrət Zəhraya (s.ə) xasiyyətiniz yumuşalmasa, incəlməsə mənəvi aləmdən bir şey əldə edə bilməyəcəksiniz. Özününzü boş yerə yormayın. Əgər gündə evdə bir neçə dəfə əsəbləşib zəhərə dönürsünüzsə o biri tərəfdən də irfani kitablar oxuyur, mənəvi bir dərəcəyə çatmaq istəyirsinizsə alınan şey deyil. Hədər yerə özünüzü yormayın.