Bu gün 5 may — Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor, azadlıq aşiqi, represya qurbanı, böyük Türk oğlu Axundzadə Cavad Məhəmmədəli oğlunun (Əhməd Cavad) doğulduğu gündür.
Əhməd Cavad xatirələrin dili ilə - Bir şeirin tarixçəsi...
“Şükriyyə, taleyim şükür Xudaya...”
“Şükriyyə” Əhməd Cavad şəxsiyyətinin daha bir parlaq tərəfi idi. Çünki Əhməd Cavad şəxsiyyətinin formalaşmasında həyat yoldaşı Şükriyyə xanım da əsas amillərdən olub. Şairlə yaxın dostluq münasibətində olub, dövrünün el ziyalısı sayılan Paşa Hüseynov öz xatirələrində yazır: “1908-1912-ci illər idi. Əhməd Cavadla qonşu idik. Keçmiş Zərdabi küçəsi