GÖYÇƏ XƏNGƏLİ
Doymaq olmur, ləzzətindən dadınnan
Sığal çəkir,dil dodağa,adınnan
Yeməklərin,doğmasınnan,yadınnan
Gözəlidir ,Göyçəmizin ,,Xəngəli,,
Qrudunun,möhürü var ağızda
Səsi çıxıb,Şəki,Şirvan,Oğuzda
Ye sən səhər,ya səkkizdə,doqquzda
Çox gözəldir,Göyçəmizin,,Xəngəli,,
Hər xörəyin,sultanıdır,şahıdır
Soğan ağsa,ac boğazın,ahıdır
Qaynar helim,tox qarının halıdır
Çox gözəldir, Göyçəmizin,,Xəngəli,,
Afiq deyir,qartob verir,tam lələ
Oturmamış,cızdağınnan,at hələ
Sini götür,yalayarsan,cam lələ
Çox gözəldir, Göyçəmizin,,Xəngəli,,
Afiq Göyçəli RÜSİYA 24.05.20
Ey ana bacilar,gəlinlər qızlar,
Ay gözəl xanımlar,işvəli nazlar.
Nənə və nəvələr,a sərvinazlar,
Qadinlar günunüz,Mübarək olsun.
Sizlərlə fəxr edib, sizlərlə varıq,
Kiməsə qardawıq,kiməsə yarıq.
Deyin arzulari,həmdəm olarıq,
Qadınlar günunüz Mübarək olsun.
Dünyalar versəkdə,çox deyil azdır,
Hər xoş baxışınız,bahardır yazdır.
Hərdən küsməyiniz,vallah ayazdır,
Qadınlar gününüz, mübarək olsun .
Qoy bu gün diləklər, sizlərin olsun,
Qazanlar qaynasın,süfrələr dolsun.
Nə gözlər köyrəlsin,nə yanaq solsun,
Qadinlar gününüz, Mübarək olsun.
Borcumuz sizləri,bəzəmək bu gün,
Gül çiçək bəxş ermək,gəzdirmək bu gün,
Huri mələklərə,bənzətmək bu gün,
Qadınlar gününüz, mübarək olsun .
Bu şeiri yazanda,mə