Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.
İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbayca
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Gürcüstan kökənli Azərbaycan vətəndaşları
1. əsgər Alıyev Qələndər Nofəl oğlu - Bolnisi rayonu, Darvaz kəndi, doğum tarixi 31.10.2001
2. əsgər Bayramov Səlimxan Vüqar oğlu - Qardabani rayonu, Qaracalar kəndi, doğum tarixi 13.07.1998
3. əsgər Əlimərdanov Elvin İlham oğlu - Bolnisi rayonu, Saraclı kəndi, doğum tarixi 12.12.1994
4. əsgər İsayev Alik Şakir oğlu - Dmanisi rayonu, Hamamlı kəndi, doğum tarixi 23.02.2001
5. əsgər Hacıyev Sərxan Eldar oğlu - Dmanisi rayonu, Qızılkilsə kəndi, doğum tarixi 08.07.1990
6. baş leytenant Həmidov Mixail Hamletoviç - Dmanisi rayonu, Dağ Muğanlı kəndi, doğum tarixi 28.12.1983
7. əsgər Həsənli Alı Nofəl o