Milli mətbuatın atası Həsən bəy Zərdabi Dumada daim yoxsulları müdafiə edir, fəhlə və kəndlilərin ağır vergilərdən xilas olmasına çalışırdı. Dumadakı çıxışlarının birində mədən sahiblərinə vergi qoymağın vacibliyi məsələsini qaldırır. Neft sahibləri onu təhqir edirlər:
-Lütün biri lüt, öz cibində bir qəpiyi yoxdur, bizim cibimizə girmək istəyir. Yaxşılıq edib bunu qlasnı seçmişik, indi bizim əleyhimizə danışır.
Sərmayədar Səfərəliyev isə bağırır:
Sənin dilini kəsib, başını saxlamaq lazımdır.
Həsən bəy Zərdabi bir neçə il sonra vəfat edir. Haqqını müdafiə etdiyi hər kəs Zərdabinin məzarının yerini belə unudur.