Hz. Əli günlərin birində bir xristiana qonaq oldu. Ev sahibi üzüm gətirdi. Hz. Əli üzümü yedi. Sonra üzümdən hazırlanmış şərab gətirdi. Hz. Əli buyurdu ki : "Haramdır" Xristian dedi ki : - Siz müsəlmanlara təəcüblənirəm. Üzüm halal, içki haram.. Halbuki bu da ondan hazırlanır. Hz. Əli buyurdu ki : Həyat yoldaşın varmı? - Var - Qızın varmı? - O da var. - İkisi də gəlsin bura. Yoldaşı və qızı gələndə Hz. Əli buyurdu ki , "Bu qız bu anadandır. Amma görürsən ki, Allah sənə anasını halal, qızını isə haram buyurmuşdur" Xristian bir anlıq tutuldu, şok olmuşdu. Bütün bildiklərini sorğulamağa və xəlifəyə qarşı dolmuş gözlərlə baxmağa başladı. Əlindən öpüb Müsəlmanlığını elan etdi!