"MƏNİM KÖNÜL DÜNYAM" kitabımdan OLMADIN EY GÜL! Qoşulub eşqimin səmalarında, Mənimlə bir qanad çalmadın ey ğül. Tüstüsüz, ocaqsız yanan qəlbimə, Bir sərin meh olub dolmadın ey ğül. Mənimçin çox yalan gəldi dilinə. Yad əllər toxundu amma belinə. Xatirə dəftərin alıb əlinə, Şəklimə bir nəzər salmadın, ey gül. Yarımçıq susdurdun vüsal nəğməsin. Yolunu azdırdın eşqin, həvəsin. Mənə dediyin o, “gülüm”kəlməsin