Əlvida
Səni sevdim sevilmədən,
Dodağımda öpülməyən,
Hələ sənə deyilməyən
Sözlərim qaldı,əlvida!
Güc yox ümid bəsləməyə,
Təzə sevgi gözləməyə,
Sifətimi gizləməyə
Dizlərim qaldı,əlvida!
Uçmadım quşlar içində,
Yadlar,tanışlar içində,
Yağan yağışlar içində
Gözlərim qaldı,əlvida!..