Həyatım elə mücərrəddir ki, elə bil uşaqlıqdan indiyə qədər bütün arzularımın reallaşmaması üçün mənim iştirakım olmadan, mənim tərəfimdən Allaha vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunun 14.0.2-ci maddəsilə yenidən müraciət ediblər.
Çox dəyərli, çox hörmətli, bizim əziz rəhbərimiz,
İnkişafa qədəm qoyan, əvəzolunmaz rəhbərimiz.
Varlığınla tün cahana, armağansan rəhbərimiz,
Sənsiz bizim dərdlərimiz əlacsızdır rəhbərimiz.
Səninlə bütün çənilik mənasızdır rəhbərimiz.
Bərxudarıq ki, sən varsan bizim ali rəhbərimiz.
Hərdən gö*ə girmək istəyənləri də nəzərə almaq lazımdır, dedim yazım, işdə "miəllim" dediklərini də aliləşdirib, ilahiləşdirsinlər
Əsla İran tərəfdarı olmamışam, çünki Teokratik rejim diktaturadan da betərdir.
Riyaziyyatı çox yaxşı bilmirəm, ona görə də bu riyazi hesablamanı qavraya bilmədim, dedim bəlkə kimsə bu hesablamanı aydınlaşdıra bilər.
Kor-koranə g**əgirən, troll, yalaq-yaltaq, pərəstişkar, "tərəfdar", küyə düşən, kələkçi, gözəgirən, fürsətçi, yarınmaq istəyən və s. kimsələr həmin şəxsin, millətin, xalqın, rejimin, təşkilatın və dövlətin nüfuzuna düşməndən də çox zərərlidir və böyük qüvvələrin bacara bilmədiyi qədər xələl gətirir.
İnanın o inandıqlarınıza İsrailin sizin ortalıqda gillənməyinizə və ucuz "dəstəyinizə" qətiyyətlə ehtiyacı yoxdur.
Kədərlənən, şadlanan, kef çəkən də, dərd çəkən də,
Ət yeyən də, ot yeyən də, ölməyib çıxdılar yaza.
Bayram edən, etməyən də, günlərlə aş tapmayan da,
Qovrularaq sürünə-sürünə, axır gəlib çıxdıq yaza.
Dövrə vurub aylar-illər, ömrümüzü aldı yellər.
Qayğısız keçmədi günlər, çox ağır ötüşdü illər.
Çıxarımız çoxaldıqca, biz də qane olduq aza,
Müsbət bir hal tapmırsan ki, insan baxıb ondan yaza.
#holiday#nowruz#novruz#bayram#yaz#bahar