Yenə də kövrəlib bu şair könlüm,
Boğulub vicdana,ağlamaq olmur!
Dərdini söyləyib dosta,sirdaşa,
Onlarin qəlbini dağlamaq olmur!
Dəyişib doğma da,dəyişib yad da,
Bu fani dünyada nə qalir yadda?
Elə ki,sirtildi insan həyatda,
Önünə çəpər çək,saxlamaq olmur!
Bir yar sevmişəm ki,sindirmir qürur,..
Məni yandiran da,bax,elə budur!
Öz gülüm-çiçəyim məndən yan durur,
Başqa gül-çiçəyi qoxlamaq olmur!
Bir həyat yaşadim-təmiz,qüsursuz,
Çox yanği söndürdüm,qalmişam susuz.
Elə yanmişam ki,odsuz-alovsuz-
Dözmək çox çətindi,yaşamaq olmur!..