ABŞ-da bir qız tanışlıq saytına elan verir: "Gözəl, şən, ağıllı qızam. İldə azı 500 min dollar gəliri olan oğlana ərə getmək istəyirəm".
Gənc bir maliyyəçi oğlan, bu təklifə belə cavab verir:
"Elanını böyük maraqla oxudum. Mənim kimi oğlanın nöqteyi nəzərindən sənin təklifin birmənalı olaraq pisdir. Qısaca, sən öz gözəlliyinin əvəzində mənim pullarımı istəyirsən. Əla. Amma sənin gözəlliyin solacaq, mənim kapitalım isə ancaq artacaq. Əlbəttə, kapitalımın artıb-artmayacağını sual altına qoymaq olar, lakin sən onsuz da getdikcə gözəlləşən deyilsən.
İqtisadiyyat dilində - sən dəyərsizləşən aktivsən, mən isə gəlirli aktiv. Amma sən təkcə dəyərsizləşən aktiv də deyilsən: sənin qiymətin g