GƏL BARIŞAQ ƏZİZİM İncitmişəm mən səni, Gəl barışaq əzizim. Bağışlarsan sən məni? Gəl barışaq əzizim. Küsmə canım qurbanı, Ay könlümün sultanı, Sənsiz əzab hər anım, Gəl barışaq əzizim. Sevgim sənə əzəldi, Hisslərim də özəldi, Küsməyin də gözəldi, Gəl barışaq əzizim. Daha gülməyir üzüm, Hicrana necə dözüm? Rahiləyəm tək sözüm, Gəl barışaq əzizim.
ŞƏHİDİYİK BU VƏTƏNİN Torpağında boy atmışıq, Səngərində biz yatmışıq, Bayrağını ucaltmışıq, Şəhidiyik bu vətənin. Canım gözüm Azərbaycan, Çəkinmədən vermişik can, Uğurunda olduq qurban, Şəhidiyik bu vətənin. Vətənimin çoxdu yaşı, Tapdamasın düşmən, naşı, Tarıximin qan yaddaşı, Şəhidiyik bu vətənin. Döyüşlərdə sinə gərdik, erməninin dərsin verdik, Xarıbülbül gülün dərdik, Şəhidiyik bu vətənin. Unutmayın o yerləri, Nərə çəkən igidləri, Unutmayın şəhidləri, Şəhidiyik bu vətənin.