HARDAYMIŞSAN... Sən hardaymişsan, de, axı harda, Bu ötən həftələr, aylar köçündə. Niyə görməmişəm xəlvəti baxan, O qara gözləri gözlər içində. Görünür vaxt lazım, görünür vədə, Ağınan qaranı seçməkdən ötrü. İmkanım olaydı qaytaram geri, O ili təzədən keçməkdən ötrü. Boylanam, arıyam, axtaram, seçəm, Gözümü gözünə calayam duram. Quruya dodağım, dolaşa dilim, Təzədən qövr edə qaysaqlı yaram. Eh, nə deyim, yaş da o yaş deyil ki, Yapışam əlindən çəkib aparam. Biz elə bir yaşda qarşılaşmışıq, Çətin bu bu sınağa əlac taparam. Sən hardaymişsan, de, axı harda, Bu ötən həftələr, aylar köçündə. Niyə görməmişəm xəlvəti baxan, O qara gözləri gözlər içində. 28.12.2023